İlham Əliyevin andiçmə mərasimi keçirilib

Konstitusiya Məhkəməsinin qərarından bir neçə saat keçməmiş andiçmə mərasimi

Source:


Konstitusiya Məhkəməsinin qərarından bir neçə saat keçməmiş andiçmə mərasimi

Rəsmən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə andiçmə mərasimi keçirilmişdir. İnaqurasiya mərasimindən bir neçə saat öncə isə Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrinə dair MSK-nın yekun protokolunu təsdiqləyib.

İlham Əliyev Konstitusiya və Qurana əl basaraq and içib. İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü. Daha sonra isə nitq söyləyib.


Səfirlər mərasimdə iştirak etməyiblər

İlham Əliyevin andiçmə mərasiminə ABŞ, Fransa, Böyük Britaniya və Türkiyənin Azərbaycandakı səfirləri dəvət olunmayıblar.

Bu haqda AzadlıqRadiosuna həmin ölkələrin Bakıdakı səfirlikləri bildiriblər.

Ana səhifəXəbərlərİlham Əliyevin andiçmə mərasimi keçirilib