İlham Əliyevi tənqid edən məcburi köçkünün həbs edildiyi bildirilir

“Rejimin mahiyyəti, xarakteri dəyişməyincə verilən sərəncamlar fayda verməyəcək”

Source:
Sərhəd Əliyev
Sərhəd Əliyev


“Rejimin mahiyyəti, xarakteri dəyişməyincə verilən sərəncamlar fayda verməyəcək”

“Turan” TV-də İlham Əliyevi sərt tənqid etdiyinə görə İsmayıllı rayon sakini, ictimai fəal Sərhəd Əliyevin həbs edildiyi bildirilir. Məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev “Facebook” səhifəsində yazıb.

O bildirir ki, Sərhəd Əliyevə 30 suktalıq inzibati həbs cəzası verilib:

“Cəzanın sonrası necə olacaq bəlli deyil”.

Hüquq müdafiəçisi bu addımı humanist sərəncamın qeyri- humanist nəticəsi kimi qiymətləndirir:

“Son günlər rəsmi təbliğat vasitələri İlham Əliyevin imzaladıyı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamı müzakirə edir və sənədin humanistliyindən ağız dolusu danışırlar. Sərəncamın qısaca məğzi ondan ibarətdir ki, guya bundan sonra insanlar haqqında həbs qətimkan tədbiri ancaq zəruri hallarda çıxarılacaq. Sərəncamın mürəkkəbi qurumamış tənqidə görə adam həbs edirlər”.

Sərhəd Əliyev
Sərhəd Əliyev

Oqtay Gülalıyev söyləyir ki, birdəfəlik qəbul etmək lazımdır. Bu rejimin mahiyyəti, xarakteri dəyişməyincə verilən sərəncamlar, fərmanlar ölkədə heç bir real situasiyanı dəyişməyəcək.

Bir müddət öncə məcburi köçkün Sərhəd Əliyev “Turan” TV vasitəsilə prezident İlham Əliyevə müraciət ünvanlamışdı. Müraciətdə o, prezidentə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan şikayətçi olduğunu bildirmişdi. Dövlətin vətəndaşına sahib çıxmamasından gileylənmişdi.

Ana səhifəXəbərlərİlham Əliyevi tənqid edən məcburi köçkünün həbs edildiyi bildirilir