Əmlak və vergi xidmətlərinə yeni rəislər təyin olundu
Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.
Bununla bağlı İlham Əliyev mayın 6-da sərəncam imzalayıb.
O, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.