İlqar Musayev DTX rəisinin müavini vəzifəsindən azad edilib
İlqar Musayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev iyulun 15-də sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamı ilə İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin olunub.
2012-ci ildə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi yaradılıb.
2020-ci ildə isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb.
1992–2020-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinə Vaqif Axundov rəhbərlik edib.