İlham Əliyev və Artur Rəsizadə səs veriblər

Hazırki prezident mətbuat üçün bəyanat verməyib

Source:
foto Azərtac
foto Azərtac


Hazırki prezident mətbuat üçün bəyanat verməyib

Hakim Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırki prezident İlham Əliyev səs verib.

O, 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsverməyə qatılıb.

Səs verdikdən sonra, İlham Əliyev mətbuat üçün bəyanatla çıxış etməyib.

Onunla birgə Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

Baş nazir Artur Rəsizadə də artıq səsvermədə iştirak edib. O, 16 saylı II Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində səs verib.

foto Azərtac
foto Azərtac

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Prezidentliyə səkkiz namizəd var. Hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 19:00-da bitəcək.

Ana səhifəXəbərlərİlham Əliyev və Artur Rəsizadə səs veriblər