Səfərdə I Vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak edib
Yanvarın 14-də Prezident İlham Əliyev, I Vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva Şuşa şəhərəinə səfər ediblər.
Bu barədə Mehriban Əliyev instagram səhifəsində video yayıb.
Daha sonra "
prezident.az
" məlumat yayıb ki, dövlət başçısı İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub:
“Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.Səfər zamanı Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün gülləbaran etdiyi heykəlləri Şuşaya qaytarılıb. Heykəllər Şuşa şəhərində qoyulub. Dövlət başçısı heykəllərin açılışını edib”.
2020-ci ilin noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad
edib
.