İlham Əliyev “Shopping festival”ın keçirilməsinə vəsait ayırıb

Mədəniyyət və Turizm Nazirliyinə Prezidentinin Ehtiyat Fondundan 800 min manat ayrılacaq

Source:

Mədəniyyət və Turizm Nazirliyinə Prezidentinin Ehtiyat Fondundan 800 min manat ayrılacaq

Sentyabrın 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında” sərəncam imzalayıb.

Sənədə görə, turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə Prezidentinin Ehtiyat Fondundan 800 min manat ayrılacaq. Bu məbləğin 400 min manatı Turizm Reyestrinin yaradılmasına, 400 min manat isə Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə sərf ediləcək.

Dövlət başçısının digər sərəncamı ilə 27 sentyabr Azərbaycanda  turizm işçilərinin peşə bayramı kimi qeyd ediləcək.

Ana səhifəXəbərlərİlham Əliyev “Shopping festival”ın keçirilməsinə vəsait ayırıb