İlham Əliyev səfərbərliklə çağırılan hərbi qulluqçularla bağlı sərəncam imzaladı

Sərəncamın yerinə yetirilməsi ilə bağlı tapşırıqlar Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə verilib.

Source: Спутник


Onlar dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə tərxis ediləcəklər

Dövlət başçısı İlham Əliyev dekabrın 25-də könüllülərin təxris olunması haqda sərəncam

imzalayıb

.

Sərəncamda qeyd olunub ki, 28 sentyabr tarixində hərbi xidmətə çağırılmış hərbi qulluqçular dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməlidir.

Sərəncamın yerinə yetirilməsi ilə bağlı tapşırıqlar Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə verilib.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətİlham Əliyev səfərbərliklə çağırılan hərbi qulluqçularla bağlı sərəncam imzaladı