İlham Əliyev rektoru vəzifəsindən azad edib

İbrahim Cəfərov. Mənbə: Azərtac

İbrahim Cəfərov 2013-cü ildən bu vəzifədə çalışırdı

İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sentyabrın 6-da sərəncam imzalayıb.

1956-cı ildə Naxçıvanın Şərur rayonunda doğulan İbrahim Cəfərov 1980-1985-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb.

1993-cü ildən 2002-ci ilədək Universitetin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib.

2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib.

İbrahim Cəfərov 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.

O, 2000–2013-cü illərdə 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasının, sonra isə 38 saylı Nizami ikinci (Gəncə) Dairə Seçki Komissiyasının sədri olub.

Ana səhifəXəbərlərİlham Əliyev rektoru vəzifəsindən azad edib