Tərəflər Azərbaycan-Rusiya əlaqələrinin perspektivindən də danışıb
Yanvarın 18-də Azərbaycanın Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə zəng edib.
Prezidentlərin Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri ətrafında müzakirə apardıqları deyilir.
Məlumatı president.az yayıb.
Bildirilib ki, dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən prosesləri müzakirə ediblər.
“Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar”,-deyə qeyd olunub.
Yanvarın 14-də İlham Əliyev Ukraynaya səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenskilə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.