İlham Əliyev Laçına xüsusi nümayəndə təyin edib

Məsim Məmmədov. Foto: “Trend.az”

Məsim Məmmədov iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışırdı

Məsim Məmmədov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev martın 28-də sərəncam imzalayıb.

Sərəncamın “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Prezidentin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanına əsaslandığı qeyd olunub.

Məsim Məmmədov iqtisadiyyat nazirinin müşaviri olub.

Ona qədər isə Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.

Ana səhifəXəbərlərİlham Əliyev Laçına xüsusi nümayəndə təyin edib