“Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”
Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Məlumatı dövlət başçısının Mətbuat Xidməti
yayıb
.
Bildirilib ki, ölkə başçısı bir daha Ermənistanın həyata keçirdiyi növbəti təcavüz barədə danışıb, Azərbaycan ordusunun əks-hücuma keçərək erməniləri geri çəkilməyə məcbur etdiyini deyib.
İclasda Müdafi naziri Zakir Həsənov dövlət başçısına cəbhədə yaranmış vəziyyətlə bağlı məruzə edərək bir neçə istiqamətdə ermənilərin müdafiəsini yardıqlarını açıqlayıb. Nazir 7 kəndin azad edildiyini bildirib:
"Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Nüzgar və Böyük Mərcanlı kəndləri azad olunub. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir, düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir".
İlham Əliyev kəndlərin azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”
Ardınca dövlət başçısı iclasın qapalı keçiriləcəyini xatırladıb.