İlham Rəhimova “Şöhrət” ordeni verilib
Prezident İlham Əliyev İlham Rəhimovu “Şöhrət” ordeni ilə təltif edib.
Yanvarın 13-də imzalanan
sərəncam
da bildirilir ki, o, hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunur.
1951-ci ildə Tovuz rayonunda doğulan İlham Rəhimov ötən əsrin 70-ci illərində Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edən İlham Rəhimov postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru hesab olunur.
İ.Rəhimov 1992-1993 illərdə hazırlanmış məhkəmə sistemində islahatlar Konsepsiyasının ilk müəllifi olub.
O, 2004-cü ildə Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki seçilib.
Rusiya Prezidenti Vladimir Putinlə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində bir yerdə oxuyan İlham Rəhimov onun yaxın dostu sayılır.