İlham Əliyev Ankaraya gedir

Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib

Source:
Arxiv foto
Arxiv foto


Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib

Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Bakı əvəzinə Ankarada keçiriləcək. Türkiyənin rəsmi “Anadolu” agentliyi xəbər verir ki, toplantının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib.

Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Bakıya planlaşdırılan səfəri təxirə salınıb.

Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər çərçivəsində də Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilməli idi.

(apa)

Ana səhifəXəbərlərİlham Əliyev Ankaraya gedir