İlham Əliyev ABŞ səfirinin etimadnaməsini qəbul edib

Foto: Azertac

Görüşdə regional və iqtisadi əməkdaşlığın müzakirə edildiyi bildirilir

Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yeni səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.

Bu barədə “president.az” saytı məlumat yayıb.

Bildirilir ki, görüşdə Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin perspektivlərinə, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb:

İqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə toxunulub”.

Həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb.

Məlumata görə, səfir Mark Libbi ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

2019-2022-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri Li Litzenberq olub.

Ana səhifəSiyasətİlham Əliyev ABŞ səfirinin etimadnaməsini qəbul edib