İldə 3 dəfə bahalaşan siqaret


Son bir ildə ölkədə siqaretin müxtəlif markalarının qiyməti 3 dəfə, hər dəfə də 10 qəpik olmaqla artıb. “Güzəran Sosial Araşdırmalar Mərkəzinin” rəhbəri Qadir İbrahimli isə hesab edir ki, bahalaşmaya səbəb bu sahədəki monopolistlərin süni qiymət artımı yaratmasıdır.


“Siqaret istehsalı ilə bağlı xərclərin artımında heç bir deyişiklik baş verməyib. Ona görə də hesab edirəm ki, siqaretlərin qiymətinin artması, monopolistlərin maraqlarından irəli gələn bir məsələdir.”

Musahib onu da əlavə edir ki, bu süni qiymət artımıdır. “Təxminən hər 10 qəpik artım nəticəsində ildə 15-20 milyon manat əlavə qazanc götürülür. Bu təmiz qazancdır. Yəni əgər məhsulun maya dəyərində artım yoxdursa, bu təmiz qazanc sayılır. Həmin pul birbaşa monopolistin cibinə gedir.”

Yayılan məlumata görə, siqaretin bahalaşmasında “Europian Tobacco” şirkəti günahlandırılır. Monopoliyada olduğu deyilən şirkət, qiymətləri qəsdən qaldırır. Ancaq, şirkətin mütəxəssisləri qiymət artımında heç bir rollarının olmadığını məhsullarının əvvəlki qiymətlə bazara çıxardıqlarını söyləyirlər.

Ana səhifəVideoİldə 3 dəfə bahalaşan siqaret