İlahiyyatçıya 5 günlük ”kars” cəzası verilib

Vəkil: “Bu cəza qanunsuzdur”

Source:
Mövsüm Səmədov


Vəkil: “Bu cəza qanunsuzdur”

Martın 6-da 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İslam Partiyasının sədri Mövsüm Səmədov 5 günlük “kars”a salınıb.

Müəssisə rəhbərliyi bu əmrin səbəbini onun rejim qaydalarını pozması və barakda namaz qılması ilə əlaqələndirib.

Meydan TV-yə məlumatı onun vəkili Yalçın İmanov verib. Bildirib ki, müəssisə rəhbərliyi rejim qaydalarından danışanda məhbusun antisanitariya yaratdığını iddia edir. Ancaq bu inandırıcı deyil:

“M.Səmədov 2016-cı ilin noyabrın 28-də 15 sutka “kars”a salınmışdı. Ondan sonra 8 sutka “kars” cəzası, ardınca 3 töhmət və 1 dəfə xəbərdarlıq alıb”.

Vəkil bunları qanunsuz hesab edir.

M.Səmədov 2011-ci il yanvarın 20-də Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3 və 278 maddələri ilə ittiham olunaraq həbs edilib.

O, həmin ilin 7 oktyabrında 12 il azadlıqdan məhrum olunub.

M.Səmədov ona qarşı ittihamları siyasi sifariş sayaraq rədd edir.

Ana səhifəXəbərlərİlahiyyatçıya 5 günlük ”kars” cəzası verilib