İlahiyyatçının ”kars”a salındığı deyilir

”Buna səbəb ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı yaydığı bəyanatdır”

Source:
Abgül Süleymanov foto sosial şəbəkə


”Buna səbəb ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı yaydığı bəyanatdır”

İlahiyyatçı Abgül Süleymanovun cərimə kamerasına (karsa) salındığı bildirilir.

Məlumatı yaxınları verib. Onlar Abgül Süleymanovun martın 6-da cərimə kamerasına salındığını bildiriblər. Onun cəzalandırılmasına Masallıda həbs olunan ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı bəyanat yaymasının səbəb olduğu deyilir.

Həmin bəyanat bir neçə gün öncə mediada yayılmışdı. Abgül Süleymanov hamını həbs olunan ilahiyyatçının müdafiəsinə səsləmişdi.

Qobustandakı cəzaçəkmə müəssisəsindən Azadlıq Radiosuna ruhaninin cərimə kamerasına salınması barədə bilgi verməyiblər. Müəssisədən “bu haqda məlumatımız yoxdur”, – deyiblər.

Abgül Süleymanovu 2011-ci il avqustun 11-də ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları İsmayıllı rayonunun Lahıc qəsəbəsində – qayınatasının evində həbs ediblər.

O, bir il sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

A.Süleymanov Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunub. O, zor tətbiq etməklə irqi, sosial, dini düşmənçilik salma, ictimai qaydaları pozma, qanunsuz olaraq külli miqdarda narkotik və odlu silah saxlamada ittiham olunurdu.

Ana səhifəXəbərlərİlahiyyatçının ”kars”a salındığı deyilir