Iki tələbə polis bölməsinə aparılıb

Univerisetin mühafizəsi gücləndirilib. Yasamal rayon Polis İdarəsinin rəisi də BDU-dadır.

Source:

Univerisetin mühafizəsi gücləndirilib. Yasamal rayon Polis İdarəsinin rəisi də BDU-dadır.

Bakı Dövlət Universitetində aksiya iştirakçıları olan tələbələrin biletləri alındığından içəri buraxılmırlar. O cümlədən jurnalistlərə də içərə girilməsinə icazə verilmir. Bu barədə məlumatı Meydan TV-nin hadisə yerində olan əməkdaşı verib. Hazırda universitetin girişi-çıxışı polis və mülki geyimlilər tərəfindən ciddi şəkildə nəzarətdədir. Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsgərov da hadisə yerindədir.  Eyni zamanda içi polislə dolu patrul maşınları da BDU-nun ətrafındadır. Tələbələrin bildirdiyinə görə dərslərə sadəcə tələbə bileti olanlar buraxılır. Fevralın 21-də rektor Abel Məhərrəmovla görüş zamanı Universitetin Həmkarlar İttifaqının nümayəndələrinin döydüyü tələbə Hüseyn Novruzov və digər təşkilatçı Ofeliya Abdullayeva səhər saatlarından Nəsimi Rayon 28-ci polis bölməsinə aparılıb. Hər iki tələbə hələki bölmədədir.

Ana səhifəXəbərlərIki tələbə polis bölməsinə aparılıb