İki şəhid anası 13 ildir ev növbəsindədir

“Qardaşımın adına küçə var, amma bizim evimiz yoxdur”- Taleh Xaliqov deyir.

Source:

“Qardaşımın adına küçə var, amma bizim evimiz yoxdur”- Taleh Xaliqov deyir.

Balacaxanım Qasımovanın 3 oğlundan yalnız biri sağdı. Digər ikisi, Zahid və Elman Qasımov Qarabağ savaşında həlak olublar. Onların hər ikisinə şəhidlik statusu verilib. Zahid Qasımov müharibədə itkin düşərkən anası evini satıb və pulunu oğlunun cəsədini gətirəcəyinə söz verən batalyon komandirinə verib. Amma oğlunun cəsədi tapılmayıb. 10 il sonra Zahid Qasımova şəhidlik statusu verilib. Evsiz qalan ailə isə 1997-ci ildən kirayədə yaşayır. Onlar 2004-cü ildən ev növbəsindədirlər, amma 13 ildir növbə onlara çatmır.

Balacaxanım Qasımova iflic olub. Sağ əli ilə ayağı işləmir. 1 ay 18 gün xəstəxanada müalicə alıb. İki oğlunun şəhid olmasına görə ayda 440 manat müavinət verilir. Bu pulun170 manatı kirayəyə gedir. O, qalan pulu dərmana, yoxsa çörəyə xərcləməklə bağlı götür-qoy edir.

Ailə Xəzər rayonunda qeydiyyatdadır. Rayonun icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Zaur Əliyev deyir ki, Balacaxanım Qasımova ev növbəsində 21-ci sıradadır. Şəhid ailələrini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi evlə təmin edir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, Balacaxanım Qasımova növbəlilik qaydasında mənzillə təmin olunacaq. O, əlavə edib ki, nazirlik bu vaxta qədər 5580 nəfərə yaxın əlil və şəhid ailəsinə mənzil verib. Nazirlik sözçüsü ev növbəsinin nə vaxt Qasımovlar ailəsinə çatacağını açıqlamayıb

Balacaxanım Qasımova ev almaq üçün dövlət qurumlarına müraciət edib. Bu dəfə 2018-ci ildə ev növbəsinin onlara çatacağını açıqlayıblar. Amma 63 yaşlı Balacaxanım Qasımova bu vədlərə inanmır.

Ana səhifəXəbərlərİki şəhid anası 13 ildir ev növbəsindədir