Mitinqlərdən əvvəl və sonra 185 fəal polisə aparılıb
Milli Şuranın referendumun əleyhinə keçirdiyi 11 və 17 sentyabr mitinqlərindən əvvəl və sonra 185 fəal saxlanılıb. Onların 170 nəfəri AXCP üzvüdür. Fəalların polisə çağırılması hələ də davam edir. Bu barədə “Turan”-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
AXCP mitinqlərdən əvvəl və sonra saxlanılan 185 nəfərin hamısının ad və soyadını, təmsil etdiyi yerli təşkilatı açıqlayıb.
G.Bayramlının sözlərinə görə, saxlanılanların 18 nəfəri 5 sutkadan 30 sutkayadək inzibati qaydada həbs olunub və 3 nəfər cərimə edilib. 5 nəfərə isə məhkəmələr xəbərdarlıq edib.