İki əsgər ehtiyatsızlaqdan dünyasını dəyişib

Hərbi Prokurorluq cinayət işi açıb, araşdırma aparılır.

Source:


H


ə


rbi Prokurorluq cinay


ə


t i


ş


i a


çı


b


, ara


ş


d


ı


rma apar


ı


l


ı


r.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər faciə isə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş verib. 19 yaşlı əsgər Murad Mahir oğlu Səmədov tabeliyindəki avtomat silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidməti hər iki olayı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Ana səhifəXəbərlərİki əsgər ehtiyatsızlaqdan dünyasını dəyişib