İki dəfə təmir edilən estakada uçub, ölən var

Neft Daşlarında 16 mart tarixində Netfqazmatikinti Trestinin 7 saylı Tikiti Quraşdırma İdarəsinin dörd nəfər işçisi dənizə düşüb.

Bu barədə Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, hadisə martın 16-da baş verib. Dörd nəfər Neft Daşları NQCİ-yə məxsus eskadanın uçması nəticəsində dənizə düşüb. Bunlar Musa Hacıyev, Səfədur Zəkəriyev, Mənsim İmanov, Mais Süleymanovdur. Musa Hacıyev boğularaq vəfat edib”. Faciə ilə bağlı Daxili İşlər Nazirliyinin saytı da məlumat yayıb. Bildirilib ki, hadisə martın 15-də saat 15:00 radələrində baş verib.

Ana səhifəVideoİki dəfə təmir edilən estakada uçub, ölən var