Telman İbadov və Azər İsmayılov

Mənbə: rupor.az və İcbari Tibbi Sığorta

Başlıq: Telman İbadov və Azər İsmayılov

İki böyük xəstəxananın rəhbərliyi dəyişdi (yenilənib)

Məqalə yeniləndi:  28 Aprel 2021

16.52. Ötən ilin iyulun 14-də Kliniki Tibbi Mərkəzə ("Semaşko") baş həkim təyin edilən İlham Qafarovun işdən çıxarımasına həkimlərin şikayəti səbəb olub. Bu barədə mərkəzin adının çəkilməsini istəməyən həkimlərindən biri məlumat verib. Onun sözlərinə görə, pediatrların, tibb bacılarının maaşları kəsilib. Həkimlər etiraz etmək üçün Qafarovun qəbuluna gediblər. Keçmiş baş həkim həkimlərə onunla görüşdə telefonların söndürülməsini tələb edib. Bir neçə həkim isə telefonun söndürülməsi ilə razılaşmayıb. Baş həkim koronaviruslu xəstələrlə işləyən həkimlərə ödənilən əlavələrin, o cümlədən pediatrların maaşlarının kəsilmə səbəbini izah etməyə lüzum görmədiyini söyləyib. Həkimlərə hansı quruma istəyirlərsə, şikayət etməyi tövsiyə edib.

“Baş həkimə yaxınlığı ilə seçilən mühasib isə Qafarovun şəxsən Ramil Bayramlının kadrı olduğunu söyləməklə həkimləri hədələdi”. Şikayətçilər isə Prezidentə və digər bütün qurumlara şikayət ünvanlayıblar. Həkimlərin bir neçəsi baş həkimin səsini yazıb və yuxarı orqanlara təqdim edib. Şikayət təmin edilib.

O da deyilir ki, işdən çıxarılan baş həkimlərin koronaviruslu xəstə qəbulu zamanı pasiyent yaxınlarından pul alındığına dair şikayət var.

***

Mingəçevir və Yevlax xəstəxanalarının direktorları Bakıya gətirildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Bakıdakı iki böyük xəstəxananın rəhbərliyi dəyişib.

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

Onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Məlumatı “Musavat.com” yayıb.

Telman İbadov 2020-ci il Naxçıvan Ali Məclisinə seçimlərdə 45 saylı Aza seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub və deputatı seçilib.

1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko") direktoru İlham Heydər oğlu Qafarov da işdən çıxarılıb. Onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub. İlham Qafarov həmin mərkəzin direktor muavini vəzifəsinə keçirilib.

2008-ci ildə Prezidentin sərəncamına əsasən, “Əməkdar həkim” fəxri adı alan Könül Ələkbərov sosial şəbəkələrdə və yerli mediada tənqid olunan rəhbərlərdəndir. Onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev tərəfindən himayə olunduğu bildirilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 Aprel 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/t1g374

Ən çox baxılan