”İki balasına cavab verə bilmirəm”

5 gündür Taleh Bağırzadənin tərəfdarı Əhsən Nuruzadədən səs-soraq yoxdur. Anası Zeynəb Hüseynova deyir ki, oğlu yoxa çıxdıqdan sonra iki gün onun telefonuna zəng çatıb.

Zeynəb Hüseynova qoltuq ağaclarının köməyi ilə yollara düşüb, övladı üçün bütün qapıları döysə də, gördüm deyən olmayıb.

Ana düşünür ki, Əhsəni Nardaran işi ilə bağlı məhkəmələrdə aktiv iştirakına görə saxlayıblar. Onun ağlına başqa səbəb gəlmir.

Əhsən Nuruzadənin vəkili Yalçın İmanov da təcrübələrə güvənərək hesab edir ki, bu yoxaçıxma etirafedici ifadələri imzalatdırmaq üçündür.

Vəkilin sözlərinə görə, Əhsən Nuruzadə itkin düşən şəxs kimi qeydiyyata alınıb, amma işi effektiv aparılmır.

Ana səhifəVideo”İki balasına cavab verə bilmirəm”