İki ayın əsgəri dünyasını dəyişib

Source:

APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov xidmətdə olarkən qəflətən səhhəti pisləşib. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda dünyasını dəyişib. Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib.

Daxili Qoşunların mətbuat xidməti faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Bu 2013-cü ildə həlak olan 81-ci hərbçidir.

Ana səhifəXəbərlərİki ayın əsgəri dünyasını dəyişib