İdxal olunan yağın 81,2 faizi Yeni Zelandiya inəklərinin payına düşür

Dövlət Gömrük Komitəsi ilə Vellinqtonun məlumatları kəskin fərqlənir

Source:
Block of butter, cut, on old chopping board, with bone-handled knife.
Block of butter, cut, on old chopping board, with bone-handled knife.


Dövlət Gömrük Komitəsi ilə Vellinqtonun məlumatları kəskin fərqlənir

2014-cü ilin 3 rübündə kərə yağı və süddən hazırlanan başqa yağların idxal həcmi 19 mln 715,9 min dollar təşkil edib. Bunun 16 mln  23,7 min dolları və ya 81,2 faizi Yeni Zelandiya inəklərinin payına düşür. Amma Gömrük Komitəsinin bu məlumatları Vellinqtonun (

http://www.stats.govt.nz/infoshare

) statistik məlumatlarından kəskin fərqlənir. Onların məlumatına görə, bu dövrdə Azərbaycan 85 mln 47,6 min Yeni Zelandiya dolları (YZ dollarının ABŞ dollarına nisbətdə məzənnəsi 7 dekabr üçün  0,771-ə 1-dir) məbləğində yağ alıb.

Azərbaycan DGK-ya görə, 2014-cü ilin 3 rübündə 6 min 262,9 ton Yeni Zelandiya yağı idxal edilib. Bu ölkənin statistika qurumu Azərbaycana kərə yağı ixracı barədə məlumat vermir, amma məlumat bazasında bu dövrdə pul ifadəsində 65,6 mln dollarlıq ixracat barədə məlumat var. Bu isə Azərbaycan gömrük statistikasının məlumatından 49,5 mln dollar və ya 4 dəfə çoxdur.

Bu ilin yanvar-sentyabrında Yeni Zelandiyadan idxalın 99,8 faizi kərə yağı və süddən hazırlanan başqa yağların payına düşür. Oktyabrda deyilən məhsulların idxal həcmi 8,26 mln YZD olub.

Dövlətstatkoma görə, 2013-cü ildə kərə yağı və süddən hazırlanan başqa yağların ümumi idxal həcmi 8 min 367, bəyannamə qiyməti 21 mln 313,7 min dollar olub. Bunun 5 783,5 tonu ($15 168,6 min) və ya 69,1 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiya yağının 1 tonu 2622 dollara bəyan edilib. Yerli bazarda bu malın 1 kq-ı 6,5 manat və ya 8 dollardır. İdxal edilən 1 ton kərə yağı Ermənistana (4749 ton) 2013-cü ildə 4233,5 dollara başa gəlib.

Maraqlıdır ki, DSK-da da gömrük məlumatının adekvat olmadığının fərqindədirlər. “Turan” İA əvvəllər bildirmişdi ki, istehlak balansı hazırlananda Baytarlıq Xidmətinin məlumatı nəzərə alınıb. Ona görə gömrüyün gizlədiyi başqa yerdə üzə çıxır. Kənd Təsərrüfatı Nazirliyi DBX-nin məlumatına əsasən, 2013-cü ildə kərə yağı idxalının həcmi 21 644 ton olub.

Rəsmi statistikaya görə, fiziki şəxs və ev təsərrüfatlarının 21,9 min ton kərə yağı istehsal etdiyini bildirir. Həmin mənbəyə əsaslansaq, kərə yağının sənaye istehsalı cəmi 1,7 faiz təşkil edir. Ya da Bakı, Abşeron, Biləsuvar, Bərdə, İsmayıllı, Lənkəranda istehsal göstəriciləri vergidən gizlədilir. 2013-cü ildə yerli şirkətlərin kərə yağı istehsalı göstəriciləri 376,5 ton olub. Bu, 2012-ci ildəkindən (499,3 ton) 24,6 faiz azdır.

Bu il hökumət minimal istehlak səbətində ərzağın strukturuna yenidən baxıb və ildə 1 nəfər 7 kq kərə yağın kifayət etdiyi barədə qərar verib. 2009-cu ildən bu göstərici 8 kq idi. Hətta bu normada ildə Azərbaycanda bu məhsulun istehlakı həcmi 66 min tondan çox olmalıdır. Çatmayan 20 min tonun necə gizlədildiyi məlum deyil.

Ana səhifəXəbərlərİdxal olunan yağın 81,2 faizi Yeni Zelandiya inəklərinin payına düşür