İdris Tekiş: Əli Həsənovun yaxınları telefon zənglərinə cavab vermir

Nail Allahverdiyevin maşınla vurduğu Türkiyə vətəndaşlarının vəziyyətinin yaxşı olmadığı bildirilir

Source:
Songül Tekiş
Songül Tekiş


Nail Allahverdiyevin maşınla vurduğu Türkiyə vətəndaşlarının vəziyyətinin yaxşı olmadığı bildirilir

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza nəticəsində xəsarət alan Türkiyə vətəndaşı Muttalib Tekişlə həyat yoldaşı Songül Tekişin vəziyyəti gündən-günə ağırlaşır.

Bu sözləri Meydan TV-yə Mutallib Tekişin qardaşı İdris Tekiş deyib.

İdris Tekişin sözlərinə görə, ailə üzvləri hazırda xəstəxanadadır və Əli Həsənovun nə özü, nə də yaxınları onların xəstəxanadan etdikləri zənglərə cavab verirlər:

“Qardaşım biznesini bərpa etsə, əməliyyatını da, xanımının müalicəsini də özü etdirər. Ancaq qəzadan sonra onların bütün həyatı alt-üst olduğundan bu, mümkün deyil. Maddi sıxıntıları var. Məsələn, qəzadan sonra qardaşımın Afrikadakı mağazalarına əl qoyulub. Mağazalara gedən mallar gömrükdə qalıb”.

İdris Tekiş qardaşının hələ də əsa ilə yeridiyini söyləyir. Deyir ki, dizindən və səs tellərindən təcili əməliyyat edilməlidir:

“Həkimlər əməliyyatın riskli olduğunu deyirlər. Qəza zamanı üzünün sol tərəfində yırtıq əmələ gəlib. Odur ki, hələ də o tərəfini hiss etmir. Əli bəy isə xəstəxanadan edilən heç bir zəngə cavab vermir. Qardaşımın sağlamlığı ilə bağlı təcili nələrsə etmək lazımdır. Gəlinimizin də ciddi sağlamlıq problemləri var. Nə edəcəyimizi bilmirik”.

İdris Tekiş deyir ki, hadisədən sonra Əli Həsənov və Nailin atası Elman Allahverdiyev yaralananların bütün xərclərini üzərlərinə götürməyə söz veriblər. Lakin bir müddət sonra bu yardım dayanıb və Türkiyə vətəndaşlarına da bildirilib ki, istəyirsiz məhkəməyə verin, artıq yardım edilməyəcək.

İdris Tekişin sözlərinə görə, əgər yardımlar davam etməsə, ailə üzvləri ayağa qalxa bilməyəcəklər.

İdris Tekiş bir müddət öncə də Meydan TV-yə Əli Həsənovun qardaşının ailəsinə söz verdiyi yardımı dayandırması ilə bağlı açıqlama

vermişdi

. Bu zaman Baş nazirin müavini Əli Həsənovun köməkçisi Ramin Talıblı Türkiyə vətəndaşı İdris Tekişin dediklərini yalanlamışdı. O, açıqlamasında İdris Tekişin dediklərini “yalan və şantaj xarakterli” məlumatlar adlandırmışdı. Bİldirmişdi ki, İdris Tekişin Meydan TV-yə təqdim etdiyi fotolar iki il əvvəlki vəziyyəti əks etdirir. İdris Tekiş yaxınlarının son durumunu əks etdirən fotoları da Meydan TV-yə göndərib.

Ana səhifəXəbərlərİdris Tekiş: Əli Həsənovun yaxınları telefon zənglərinə cavab vermir