İctimai Televiziyada kütləvi ixtisarlar

Daha 7-8 nəfərin işdən azad olunacağı gözlənilir

Foto: İTV
İctimai Televiziya
İctimai Televiziya

Daha 7-8 nəfərin işdən azad olunacağı gözlənilir

Azərbaycan İctimai Televiziyasında əməkdaşlar kütləvi şəkildə işdən çıxarılıb. “Turan” İA-nın xəbərinə görə, bu barədə İTV-də kadr siyasəti ilə razılaşmayan jurnalistlərin adından yayılmış məlumatda deyilir.

Bildirilir ki, iyunun 1-dən İnformasiya Departamentinin direktoru Elgün İbrahimov, Türkiyədəki müxbirlər Rəhimə Mirzəyeva və Dilqəm Mirzəyev, Mərkəzi Asiya üzrə müxbirlər Füzuli Məcidli və Reyhan Məcidli, böyük redaktor Mais Ağayev, böyük redaktor Esmira Qasımova, müxbir Dilavər Seyidov, rus dilində verilişlərin aparıcısı Tamilla Şirinova, siyasi icmalçı Bəxtiyar Səlimov, müxbir Rauf Nəbiyev işdən azad edilib.

Məlumat müəllifləri iddia edirlər ki, işçilərin azad edilməsi haqqında qərarlar İT baş direktoru Cəmil Quliyevin ölkədə olmadığı bir vaxtda qəbul edilib.

Həmçinin bəzi şəxslərin işdən azad edilməsinin qanunsuz olduğu qeyd edilir, belə ki, departament rəhbərlərini baş direktor deyil, yalnız İTV Yayım Şurası işdən azad edə bilər.

Bu həftə daha 7-8 əməkdaşın işdən azad edilməsi nəzərdə tutulduğu bildirilir.

İTV-dən şərh almaq mümkün olmayıb.

Son aylar işdən çıxarılma və maaşların azaldılması dalğası bütün hökumətyönlü KİV və telekanallara toxunub. Bundan başqa, oliqarxlar, yüksək vəzifəli dövlət məmurları və s. tərəfindən maliyyələşən bir neçə sayt və çap nəşri işini dayandırıb.

Ana səhifəXəbərlərİctimai Televiziyada kütləvi ixtisarlar