İctimai fəala təcavüzdə ittiham olunan şəxsə hökm oxundu

Foto: Meydan TV

Əsgər Ağazadə bildirib ki, ona qarşı ittihamı təsdiqləyən heç bir sübut yoxdur

İctimai fəal Sənay Yağmura (Qəhrəmanlı) qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin 9 ay davam edən məhkəməsi yekunlaşıb. Oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Novruz Kərimovun sədrliyilə çıxarılan hökmə əsasən, ona 5 il həbs cəzası verilib.

Hökmdən əvvəl son sözünü deyən Əsgər Ağazadə bildirib ki, ona qarşı ittihamı təsdiqləyən heç bir sübut yoxdur. Onun sözlərinə görə, zərərçəkmiş qismində tanınan Sənay Yağmurun ifadələrində eyni məsələ ilə bağlı fərqli fikirlər səsləndirməsi, işdəki ziddyyətlər də ona qarşı bu cinayətin qurama olduğunu göstərir.

O, həmçinin zərərçəkmiş tərəfin onları hədələdiyini, istədiyinə nail olmayanda isə onu şərləyib, həbs etdirdiklərini deyib.

Zərərçəkənin nümayəndəsi Zümrüd Yağmur hökmdən narazı qalıb və apelyasiya şikayəti verəcəklərini bildirib. O, verilən cəzanı yüngül hesab edir. 

Ana səhifəSiyasətİctimai fəala təcavüzdə ittiham olunan şəxsə hökm oxundu