İctimai fəal sərbəst buraxılıb

Foto: İmran Əliyevin “Facebook” səhifəsindən

İmran Əliyev “Bandotdel”ə aparıldığını deyir

“Meclis.info” saytının təsisçisi İmran Əliyev martın 30-da səhər saatlarında sərbəst buraxıldığı bildirilir.

Bu barədə ictimai fəal Ülvi Həsənli “Facebook” səhifəsində məlumat paylaşıb.

Ü.Həsənli bildirib ki, İmran Əliyevlə telefonla danışıb: “İndi danışdım, yorğun idi, ətraflı danışmadıq. Ailəsi narahat olduğuna görə evə gedir. İmranla ətraflı danışandan sonra motivin nə olduğunu biləcəyik. Məsələni diqqətdə saxlayan dostlara təşəkkür edirik”.

Sosial şəbəkələrdə onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığı qeyd olunub.

İmran Əliyev Meydan TV-yə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını təsdiqləyib.

O, hazırda sərbəst buraxıldığını və evdə olduğunu deyib, amma saxlanılması ilə bağlı detallara toxunmayıb.

Mövzu ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən açıqlama almaq mümkün olmayıb.

İmran Əliyevlə martın 29-da, saat 14 radələrində əlaqə kəsilib.

İmran Əliyevlə əlaqə kəsiləndən sonra yaxınları Daxili İşlər Nazirliyinə və Ombudsmana müraciət ediblər.

Ana səhifəXəbərlərİctimai fəal sərbəst buraxılıb