İcra Hakimiyyətinin bəhanəsi: “Əmr yuxarıdandır” (VİDEO)

Sumqayıtın birinci məhəlləsinin sakinləri binalarının qarşısındakı həyətdə olan ağacların sökülməsinə etiraz edirlər. Buradakı 60-a yaxın ağacın 10-u artıq kəsilib. Sakinlər deyir ki, bu ərazidə adı qırmızı kitaba düşən dağdağan ağacı da var. Həmin ağacın artıq biri kəsilib. Buradan həm də binalara gələn kommunikasiya xətləri keçir. Baş verənlərə etiraz edən bir neçə qadın polis zorakılığına da məruz qalıb.

Maraqlı nüanslardan biri isə ərazidə iki uşaq baxçasının olmasıdır. Tikinti aparan və adını açıqlanmayan şirkət də orda baxça tikdiyini deyir. Sakinlərin Sumqayıt şəhər icra hakimiyyətinə etdikləri müraciətə cavabında isə bildirilib ki, icazəni guya birinci ledi Mehriban Əliyeva verib. Sakinlər isə onun adından istifadə olunduğunu iddia edirlər.

Ekologiya Nazirliyinin nümayəndəsi Məhəmməd Məmmədovun isə bildirir ki, Ekologiya Nazirliyinə tikinti ilə bağlı heç bir sənəd təqdim olunmayıb.

Ölkə prezidentinin ailəsinin adından istifadə edilməsinə bundan öncə də bir neçə dəfə rəst gəlmişik. Ramana sovxozu deyilən ərazidə sovxoz işçilərinə verilməli olan torpaq sahələrinin kənar şəxslərə satılması haqda reportaj hazırlayarkən də vətəndaşlara oxşar bəhanələr gətirilirdi.

Ana səhifəVideoİcra Hakimiyyətinin bəhanəsi: “Əmr yuxarıdandır” (VİDEO)