İcra başçısı ilahiyyatçını məhkəməyə verib

Vəkil: ”İttihamın hüquqi əsası yoxdur”

Source:
Cavad Cavadov


Vəkil: ”İttihamın hüquqi əsası yoxdur”

Masallı rayon icra hakimiyyətinin başçısı ilahiyyatçını məhkəməyə verib.

Məlumatı vəkil Cavad Cavadov yayıb. Bildirib ki, bir ay öncə Masallı rayon icra hakimiyyətinin başçısı rayondan olan ilahiyyatçı Sərdar Babayev barəsində cinayət işi başlanılması üçün şikayət edib:

“Dəfələrlə onunla birlikdə istintaqda iştirak etmişik. Üç gündür ağır xəstə olduğumdan istintaqı aparan Masallı rayon Polis Şöbəsinin İstintaq Şöbəsinə məlumat vermişəm. Bütün bunlara baxmayaraq Sərdar Babayev bu gün səhər polisə çağırılıb. Hal-hazırda həbs edilməsi üçün məhkəməyə aparılır”.

Vəkil bildirir ki, Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 168-1.3-cü maddəsi (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ilə ittiham verilib:

“Bütün bunlar kobud müdafiə hüququnun pozulması ilə aparılır. Həmin ittihamın özünün də hüquqi əsası yoxdur”.

Ana səhifəXəbərlərİcra başçısı ilahiyyatçını məhkəməyə verib