“İçərişəhər” stansiyası polis mühasirəsində

Stansiyanın qarşısında keçiriləcəyi gözlənilən etiraz aksiyası baş tutmadı. Aksiyanın yeri və vaxtı dəyişdirildi.

Source:


Stansiyanın qarşısında keçiriləcəyi gözlənilən etiraz aksiyası baş tutmadı. Aksiyanın yeri və vaxtı dəyişdirildi.

Martın 13-də səhər saatlarında “İçərişəhər” metro stansiyası qarşısında metro daxilində ticarət obyektlərinin sahiblərinin aksiyası təxirə salınıb. Bu barədə hadisə yerində olan Meydan TV-nin əməkdaşı məlumat verib. Bildirildiyinə görə, metronun əhatəsində 10-dan çox polis avtomobilləri dayanıb. Onlar icazəsiz aksiyaya imkan verilməyəcəyini jurnalistlərə deyiblər. Ancaq etiraz edən sahibkarlar metronun qarşısında görünmədiyindən sıravi polislər narazılıqlarını bildiriblər. Bir saat sonra polislər aksiyanın “Əhmədli” metrosu önündə keçiriləcəyi haqqında məlumat alsalar da, bu xəbər də yalan çıxıb.

Məlumatlara əsasən aksiyanın martın 17-də saat 11-də Prezident Administrasiyasının qarşısında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, artıq bir həftədir metro stansiyalarında ticarət mərkəzlərinin qapadılmasına etiraz olaraq sahibkarlar aksiyalar keçirirlər.

Ana səhifəXəbərlər“İçərişəhər” stansiyası polis mühasirəsində