Hüseynağa Bünyadov: Atamın şəklini yaydığıma görə həbs olundum

Nardaran sakini polisə müqavimətdə günahlandırılır

Source:
Hüseynağa Bünyadov
Hüseynağa Bünyadov


Nardaran sakini polisə müqavimətdə günahlandırılır

“Məni atamın məzarının şəklini yaydığıma görə həbs ediblər”.

Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, bunu Nardaran hadisələri zamanı öldürülmüş Rəfael Bünyadovun oğlu Hüseynağa Bünyadov deyib.

Rəfael Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı qətlə yetirilən yerli sakinlərdən

biridir

. Onun 17 yaşlı oğlu Hüseynağa Bünyadov isə noyabrın 22-də polisə müqavimət göstərməkdə təqsirli bilinərək saxlanılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati həbs cəzası alıb.

Vəkil Fəxrəddin Mehdiyev Azadlıq Radiosuna

deyib

 ki, Hüseynağa ilə Binəqədidəki inzibati həbs cəzası alanların saxlandığı təcridxanada görüşüb. Vəkilin sözlərinə görə, Hüseynağa deyib ki, məhkəmə qərarında yazılanlar yalandır, nə ictimai qaydanı pozub, nə də polisə müqavimət göstərib.

“Hüseynağa Bünyadov deyir ki, onu noyabrın 20-də, saat 16.00 radələrində evlərinin yanında, ikisi polis, biri mülki geyimdə olan üç nəfər tutaraq 42-ci polis bölməsinə aparıb. Orada ona deyiblər ki, saxlanmasının səbəbi “facebook” səhifəsindəki paylaşmalarıdır. Paylaşımlar da, əsasən, şəkillərdir. O, atasının və onunla birlikdə öldürülən digər sakinlərin məzarının şəkillərini, ilahiyyatçı Taleh Bağırzadənin, Abbas Hüseynovun fotolarını paylaşıb. Tələb ediblər ki, bu cür paylaşımlara son qoysun”.

F.Mehdiyev polis bölməsində H. Bünyadova polisə müqavimət göstərməsi haqda izahat yazdırıldığını, bununla bağlı inzibati xəta protokoluna qol çəkdirdiklərini də bildirib: “Onun qarşısında şərt qoyublar ki, belə izahata razılaşmasan, sənin üçün pis olar. Cinayət işi başladıb, uzunmüddətli həbsə göndərməklə hədələyiblər. Bundan sonra məhkəməyə aprıblar”.

Vəkil məhkəmənin qərarından apelyasiya şikayəti verib.

Ana səhifəXəbərlərHüseynağa Bünyadov: Atamın şəklini yaydığıma görə həbs olundum