Hüquqşünas Xalid Ağaliyev Meydan TV-nin süjetinə şərh verdi

Məntəqə komissiya üzvləri kobud qanun puzuntularına yol verdikləri üçün cəzalandırılmalıdırlar

Source:


Məntəqə komissiya üzvləri kobud qanun puzuntularına yol verdikləri üçün cəzalandırılmalıdırlar

Tanınmış hüquqşünas Xalid Ağaliyev Meydan TV-nin “12 saylı məntəqədə əlbayaxa” başlıqlı video-süjetinə şərh verib.

Hüquqşünas Meydan TV-yə bildirib ki, videoda xeyli cinayətin, inzibati pozuntunun bariz əlamətləri var. Ən azı Cinayət Məcəlləsinin 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma, 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma, 313. Vəzifə saxtakarlığı, 314. Səhlənkarlıq, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 42. Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması və nəhayət, 186-cı maddəsində jurnalistlərin hüquqlarının pozulması halları var.

Hüquqşünas əlavə edib ki, Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət orqanları olayla bağlı açıqlama verməyə borcludurlar: “Çünki məntəqə komissiya üzvləri kobud qanun pozuntularına yol veriblər. Bu maddələri tətbiq etməklə araşdırma aparıla bilər. Məsələ ondadır ki, komissiya üzvləri vəzifə səhlənkarlığına yol verir, jurnalistin peşə fəaliyyətinə mane olurlar”.

Xalid Ağaliyev fikrini konkretləşdirmək üçün bildirib ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[169]

Maddə 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[173] Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Maddə 313. Vəzifə saxtakarlığı [477] beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[479] Maddə 314. Səhlənkarlıq beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[480] və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“İnzibati xətalar Məcəlləsi Maddə 42. Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması [32]. Otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.[33]. Maddə 186. Jurnalistlərin hüquqlarının pozulması altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir”,- Xalid Ağaliyev belə deyib.

Ana səhifəXəbərlərHüquqşünas Xalid Ağaliyev Meydan TV-nin süjetinə şərh verdi