Hüquq-mühafizə orqanları Naxçıvandakı vəhşiliyə şərh vermir

“İş hüquq müdafiəçilərinə və ya jurnalistlərə gəldikdə, hakimiyyət özünü elə aparır ki, elə bil heç nə olmayıb”

Source:


“İş hüquq müdafiəçilərinə və ya jurnalistlərə gəldikdə, hakimiyyət özünü elə aparır ki, elə bil heç nə olmayıb”

Polis və prokurorluq Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsi ilə bağlı şərh verməyə tələsmir. “Turan İA”ın məlumatına görə, yerli hüquq-mühafizəçiləri indiyədək cinayət işi açmayıblar və hüquq müdafiəçisini zərərçəkmiş kimi qəbul etməyiblər.

Baş Prokurorluğun mətbuat xidməti və DİN də bu məsələ ilə bağlı heç nə demir.

Agentlik hesab edir ki, bütün digər əhəmiyyətsiz hadisələrdə hüquq-mühafizə orqanları qeyri-adi operativlik nümayiş etdirir: “Ancaq iş hüquq müdafiəçilərinə və ya jurnalistlərə gəldikdə, hakimiyyət özünü elə aparır ki, elə bil heç nə olmayıb”.

Ana səhifəXəbərlərHüquq-mühafizə orqanları Naxçıvandakı vəhşiliyə şərh vermir