Onlar Həsən Hüseynlinin kiməsə xəsarət yetirəcəyinə inanmırlar
Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Əvəz Həsənov
“Kamil Vətəndaş” təşkilatının rəhbəri
Həsən Hüseynlinin həbsi ilə bağlı daxili işlər naziri Ramil Usubova məktub yazıblar. Hüquq müdafiəçiləri nazirlə görüşmək istəyirlər. Bu barədə Əvəz Həsənov Meydan TV-yə məlumat verib. O, sabah Gəncəyə gedəcəyini və olayı araşdıracağını bildirib: “Mən Həsən Hüseynlinin qardaşı, oğlu və vəkili ilə mütəmadi əlaqə saxlayıram. Ümid edirik ki, nazir bizi qəbul edəcək və hüquq müdafiəçisinin həbsini əhatəli müzakirə edəcəyik. Biz Həsən Hüseynlinin kiməsə xəsarət yetirəcəyinə inanmırıq”.