Hüquq müdafiə koalisiyasından Britaniyanın Olimpiya Assosiasiyasına çağırış

Azərbaycanda həbsdə olan onlarla fəal və hüquq müdafiəçisi üçün ədalət və azadlıq uğrunda mübarizələrində belə bir beynəlxalq diqqət çox vacibdir

Source:


Azərbaycanda həbsdə olan onlarla fəal və hüquq müdafiəçisi üçün ədalət və azadlıq uğrunda mübarizələrində belə bir beynəlxalq diqqət çox vacibdir

Böyük Britaniya, Norveç, Niderland və digər ölkələrin 10-dan çox hüquq müdafiə təşkilatı Böyük Britaniyanın Olimpiya Assosiasiyasının prezidenti Sebastyan Koeyə birgə müraciət göndəriblər.

Onlar lord Koeni Azərbaycanda kobud və kütləvi insan hüquqları pozuntularını nəzərə almağa çağırıblar. “Azərbaycanda misli görünməmiş hüquq pozuntuları, bir çox jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi haqqında məlumatları diqqətinizə çatdırırıq. Sizdən Azərbaycanda fundamental vətəndaş hüquqlarını ictimai şəkildə dəstəkləməyi xahiş edirik”, deyə müraciətdə bildirilir.

“Sizi İsveç Olimpiya Komitəsindən örnək almağa, Olimpiya Xartiyasına və mətbuat azadlığı və insan ləyaqəti prinsiplərinə uyğun olaraq siyasiməhbusları azad etməyə çağırmağa və bu repressiyaları pisləməyə çağırırıq.

Belə bir bəyanat verməklə siz Azərbaycanın vətəndaş cəmiyyətinə fundamental hüquqlar uğrunda mübarizədə yalnız olmadıqları mesajı verəcəksiniz.

Azərbaycanda həbsdə olan onlarla fəal və hüquq müdafiəçisi üçün ədalət və azadlıq uğrunda mübarizələrində belə bir beynəlxalq diqqət çox vacibdir.

Biz Sizi bu fürsəti əldən verməməyə və oyunların başlamasına qalan bir neçə həftə ərzində bu addımları atmağa çağırırıq”, deyə müraciətdə vurğulanır.(TURAN İA)

Ana səhifəXəbərlərHüquq müdafiə koalisiyasından Britaniyanın Olimpiya Assosiasiyasına çağırış