Human Rights Watch Fransa prezidentinə çağırış etdi

Fransua Oland Azərbaycan səfərində qapalı və ictimai şəkildə, səhvən həbs olunmuş şəxsləri azadlığa buraxmağa çağırmalıdır

Source:


Fransua Oland Azərbaycan səfərində qapalı və ictimai şəkildə, səhvən həbs olunmuş şəxsləri azadlığa buraxmağa çağırmalıdır

Fransa prezidenti Fransua Oland 11 may Bakı səfərində Azərbaycan dövlət başçısı qarşısında insan haqları məsələsini qaldırmalıdır. Bu bəyanatı Human Rights Watch təşkilatı mayın 8-də səsləndirib.

Bəyanatda bildirilir ki, son iki ildə Azərbaycan hakimiyyəti onlarla tənqidçisini həbs edib. Həbs olunanlar arasında müxalifət liderləri, jurnalistlər, sosial media fəalları var. Ötən müddətdə dinc nümayişlər dağıdılıb və əsas azadlıqları məhdudlaşdıran qanunvericilik qəbul olunub”.

Təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Raçel Denber deyib ki, Fransa prezidentinin səfəri Azərbaycanda böyük hadisə olacaq, bu səbəbdən, səfər insan haqları məsələlərini diqqətdə saxlamaq üçün ciddi imkandır. “Ona görə Oland bu imkanı itirməməli, Azərbaycan rəhbərliyini, qapalı və ictimai şəkildə, səhvən həbs olunmuş şəxsləri azadlığa buraxmağa çağırmalıdır” deyə o, bildirib.

Ana səhifəXəbərlərHuman Rights Watch Fransa prezidentinə çağırış etdi