Hollandiya 2019 Avropa oyunlarından imtina etdi

Niderland 2019-cu ildə 2-ci Avropa oyunlarına ev sahibliyi hüququndan imtina edib.

Source:

Azadlıq radiosu xəbər verir ki, Niderland 2019-cu ildə 2-ci Avropa oyunlarına ev sahibliyi hüququndan imtina edib.

Hollandiya hökuməti iyunun 10-da bildirib ki, 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdur.

Hökumət həmçinin 2019-cu ildə üzgüçülük və yüngül atletika üzrə Avropa çempionatını əsas gətirərək eyni vaxta düşən Avropa oyunlarında aparıcı idmançıların lazımınca təmsil olunacaqlarını şübhə altında oqyur.

Avropa Olimpia Komitəsinin rəhbəri Patrick Hickey bu qərardan təəssüfləndiklərini bildirib, amma öz maraqlarına görə hollandlara təşəkkür bildirib.

Komitə digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacağını bildirir.

Bu Azərbaycanda keçirilən ilk Avropa Oyunlarına 2 gün qalmış baş verib.

İyunun 12-dən 28-dək Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək.

Ana səhifəXəbərlərHollandiya 2019 Avropa oyunlarından imtina etdi