Hökumətyönlü media Meydan TV-nin 1 il əvvəl olan araşdırmasına reaksiya verib

Milli Platforma: “Azərbaycan hökumətini üzərinə götürdüyü öhdəliklərə hörmət etməsinə çağırırıq”

Source:


Milli Platforma: “Azərbaycan hökumətini üzərinə götürdüyü öhdəliklərə hörmət etməsinə çağırırıq”

Meydan TV-nin 2017-ci il 29 dekabr tarixində dərc etdiyi “SOCAR Azərbaycana Gürcüstandan 10 qat keyfiyyətsiz dizel satır” başlıqlı

araşdırmasın

a hökumətyönümlü media 1 ildən sonra reaksiya verib.

Araşdırmaya verilən cavablarda, əks arqumentdən daha çox materialda vəziyyəti şərh edən ekspertlərin şəxsiyyətinin təhqiri yer alıb.

Konkret olaraq təhqir obyekti kimi “Neftçilərin hüquqlarının müdafiəsi” komitəsinin sədri Mirvari Qəhrəmanlı seçilib.

Yazılanlara cavab olaraq Milli Platformanın bir qrup üzvü bəyanatla çıxış ediblər.

Hüquq müdafiəçiləri Arzu Abdullayeva, Əvəz Həsənov, Rəsul Cəfərov, seçki üzrə ekspert Anar Məmmədli, ictimai fəal Bəxtiyar Hacıyev, iqtsadçı Samir Əliyev və digərlərinin imzaladığı bəyanatda deyilir ki, hökumətyönümlü media saytlarında ayrı-ayı vətəndaş cəmiyyəti nümayəndələrinə, xüsusilə də qurumun üzvü Mirvari Qəhrəmanlı haqqında yazılanlar şər-böhtan və qarayaxma kampaniyasıdır.

“Son zamanlar ölkədə vətəndaş cəmiyyəti fəallarına qarşı bəzi hökumət yönümlü media orqanlarında sifarişli şər-böhtan kampaniyası yenidən artmaqda müşahidə olunur. Bu kimi qarayaxma yazılar ayrı-ayrı insanların şəxsiyyət və ləyaqətinin alçaldılmasına, onların cəmiyyət arasında nüfuzunun aşağı düşməsinə hesablanıb və biz, hesab edirik ki, bu, vətəndaş cəmiyyətinə qarşı başladılan təyziqlərin yeni dalğasıdır”.

Bəyanat müəllifləri hesab edirlər ki, bu tip addımlar Azərbaycanın beynəlxalq aləmdə elə də yaxşı olmayan imicini daha da pisləşdirir.

“Milli Platforma olaraq Azərbaycan hökumətini vətəndaş cəmiyyəti fəallarına qarşı apardığı qaralama və şər-böhtan kampaniyasına son qoymağa, onu beynəlxalq təşkilatlar qarşısında, xüsusilə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində üzərinə götürdüyü öhdəliklərə hörmət etməsinə çağırırıq”.

Ana səhifəXəbərlərHökumətyönlü media Meydan TV-nin 1 il əvvəl olan araşdırmasına reaksiya verib