Hökumətə təklif: Böhrandan xilas olmağın əsas şərti emal sənayesini canlandırmaqdır

“Emal sənayesi “Azərsun”, “Gilan” kimi monopolistlərin nəzarətindədir”

Source:

“Emal sənayesi “Azərsun”, “Gilan” kimi monopolistlərin nəzarətindədir”

“Güzəran” Sosial Araşdırmalar Mərkəzi hökumətə ant-böhran təklifi ilə çıxış edib. Bu barədə məlumatı iqtisadçı Qadir İbrahimli öz Facebook səhifəsində yayıb.

“Yerli mebel, avtomobil istehsalını qorumaq yaxşıdır. Ancaq ölkəni böhrandan bu iki sektor xilas edə bilməyəcək. Böhrandan xilas olmağın əsas şərti emal sənayesini canlandırmaqdır. Azərbaycan hələ də aqrar ölkə olaraq qalır. Məşğul əhalinin 38 faizi aqrar sektorda çalışır. Ancaq ölkənin ərzaqla təminatı 65-70 faiz idxaldan asılıdır. Deməli, aqrar potensial var, ancaq bu potensialdan qətiyyən istifadə olunmur. Fermerlər məhsullarını sata bilmirlər. Çünki emal sənayesi “Azərsun”, “Gilan” kimi monopolistlərin nəzarətindədir, emal sənayesində birmənalı olaraq nəinki rəqabət mühiti, heç rəqabət elementləri də yoxdur” – deyə təklifdə qeyd olunur.

Daha sonra bildirilir: “Monopolistlər əksər hallarda yerli xammaldan imtina edir və ucuz qiymətə xammal idxalına üstünlük verirlər. Nəticədə fermerlərin yetişdirdikləri məhsullar əllərində qalır, bu məhsulların cüzi bir qismi ən yaxşı halda Kənd Təsərrüfatı Nazirliyinin təışkil etdiyi yarmarkalar da satılır. Belə primitiv satış bazarları ilə təbii ki, aqrar sektor inkişaf edə bilməz. Aqrar sektorun dinamik inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və ən başlıcası isə məşğulluq probleminin davamlı həlli üçün emal sənayesi liberallaşdırılmalı, bərabər rəqabət mühiti yaradılmalıdır. Yalnız bu halda fermerlər məsullarını emalçılara sərfəli qiymətə sata bilər. Bunun üçün hökumətin maddi dəstəyinə də ehtiyac yoxdur. Emal sənayesi liberallaşdırılsa, yerli iş adamları öz sərmayləri hesabına yaxın 2 il müddətində bu sektora sərmayələr yatıra bilər. Rusiyada çalışan iş adamlarının sərmayələri bu sektora cəlb edilsə, bu sahədə ciddi canlanma baş verə bilər.

Təbii ki, söhbət heç də emal sənayesində meqa şirkətlərin yaradılmasından getmir. İlkin mərhələdə bazar konyukturuna həssas reaksiya verməyi bacaran çevik kiçik emal müəssisələrinin açılmasına şərait yaradılmalıdır. Növbəti mərhələdə isə rəqabət mühitinin özü bu kiçik müəssisələrin fəaliyyətini tənzimləyəcək. Hökumətdən isə yalnız yerli investorların kapitallarının sərbəst hərəkətinə və təhlükəsizliyinə təminat verməlidir. Bundan başqa, hökumətdən heç nə tələb edilmir. Hökumət bu addımı atsa, yaxın 2 ildə ölkənin biznes mühiti əhəmiyyətli dərcədə yaxşılaşacaq”.

Ana səhifəXəbərlərHökumətə təklif: Böhrandan xilas olmağın əsas şərti emal sənayesini canlandırmaqdır