Hökumət tənqidi saytların bloklanmasını istəyir

Nazirlik məhkəməyə müraciət etdi

Source:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi


Nazirlik məhkəməyə müraciət etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycanda bəzi saytların bloklanması tələb edir.

Meydan TV-nin məlumatına görə, mərkəz azadlıq.org azadlıq.info, azerbaycansaati .com, meydan.tv saytlarını, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarına girişə blok qoyulması barədə iddia tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. İddia üzrə məhkəmə prosesi aprelin 27-də başlayacaq.

Prosesə hakim Nurəddin Bağırov sədrlik edəcək.

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Meydan TV-yə onlara yalnız məhkəmənin vaxtı ilə bağlı bildiriş göndərildiyini deyib:

“İddia ərizəsi yoxdur ki, bilək nə istəyirlər. Güman edirik ki, bloklamanı hansısa şəkildə əsaslandırmaq istəyirlər. Ancaq yenə də əldə sənəd olmadığından konkret nəsə demək, münasibət bildirmək çətindir. Görək sabah məhkəmədə nə deyəcəklər. Yəqin iddia ərizəsiylə heç olmasa orda tanış ola biləcəyik”.

Meydan TV, AzadlıqRadiosu, Amerikanın Səsi və digər bir neçə media qurumlarının saytlarına giriş məhdudiyyəti 2016-cı ilin sonlarından başlayıb. Bir müddət əvvəl Azərbaycan hakimiyyəti sözügedən internet-resurslardan istifadədə hər hansı problemlərin yaranmasını inkar edib.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi belə problemin olmadığını bildirib. Meydan TV problemlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən cavab ala bilmir.

Məhkəmənin məktubu
Məhkəmənin məktubu
Ana səhifəXəbərlərHökumət tənqidi saytların bloklanmasını istəyir