Hökumət ötən il xərclədiyi pulların miqdarını açıqladı

2013- cü ildə dövlət büdcəsinin 352,8 mln manat məbləğində büdcə artıqlığı olub

Source:


2013- cü ildə dövlət büdcəsinin 352,8 mln manat məbləğində büdcə artıqlığı olub

Mayın 16-da Milli Məclis növbəti plenar iclasını keçirib. Toplantıda  “2013- cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub.

“Qafqazinfo”nun məlumatına görə, iclasda bildirilib ki, 2013- ci il büdcəsi gəlirləri 101,8 faiz icra olunub. Bu da rəqəmlə 19.496,329.9 manat təşkil edir.  Büdcənin xərcləri isə 96,4 faiz təşkil edib. Bu da rəqəmlə 19,143,492,0 manat təşkil edir. 2014- cü ilin yanvarın 1-nə olan məlumata görə, dövlət büdcəsinin xəzinəsinin hesabının qalığı 960,408,1 qalıq təşkil edir.

2013-cü ilin yekunlarına görə, ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz arataraq 37,6 milyard manata çatıb, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə orta hesabla 4039,6 manta olub.  Əhalinin hər nəfərinə düşən gəlirlər əvvəlki illə müqayisədə 6,6 faiz artaraq istehlak qiymətləri indeksini 4,2 faiz üstələyib.

2013- cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 423 manat təşkil edib ki, bu da əvvəlki ilə müqayisdə 6,2 faiz çoxdur.

2013-cü ildə əsas kapitala yönəldilən vəsaitlər 15,1 faiz artaraq 17,9 mlrd manat olub, onun  66,3 faizi və yaxud 11,9 mlrd manatı tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Hesabat ilində müdafiə bölməsi üzrə nəzərdə tutulan cari xərclərin icrası 1485, mln manat olub. Bütövlükdə isə cari və əsaslı xərclər də nəzərə almaqla 2013-cü il dövlət büdcəsindən müdafiə xərclərinə 2841,2 mln manat vəsait yönəldilib.

2013- cü ildə dövlət büdcəsinin 352,8 mln manat məbləğində büdcə artıqlığı olub. Strateji valyuta ehtiyatı 50 milyard dolları keçib.

Ana səhifəXəbərlərHökumət ötən il xərclədiyi pulların miqdarını açıqladı