Hökumət Avropa Məhkəməsində 14 min avro cərimələndi

Hakimiyyət hələ də Həkimeldostu Mehdiyevin həbsi faktını təsdiq etməyib

Source:


Hakimiyyət hələ də Həkimeldostu Mehdiyevin həbsi faktını təsdiq etməyib

İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi “Mehdiyev Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb.

Məhkəmə Həkimeldostu Mehdiyevin hüquqlarının pozulduğunu, ona qarşı pis rəftarı, Naxçıvanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən jurnalist fəaliyyətinə görə azadlıqdan məhrum edildiyini təsdiq edib.

Həkimeldostu Mehdiyevin təqib olunmasına səbəb onun 2007-ci ildə vətəndaşların hüquqlarının pozulması haqqında nəşrləri olub. Bundan sonra o, MTN-in yerli şöbəsinə çağırılıb, burada dəyənəklə döyülüb, jurnalist fəaliyyətinə son qoyulması tələb olunub. Bundan sonra o, məhkəməyə aparılıb və polisə müqavimətə görə 15 günlük həbs cəzası verilib. Həbsdə ona nə yemək, nə su verilib, 4 gün sonra isə izahatsız sərbəst buraxılıb.

Hakimiyyət hələ də H.Mehdiyevin həbsi faktını təsdiq etməyib.

Avropa Məhkəməsi Azərbaycan hökumətinin H.Mehdiyevə təzminat olaraq 10 min avro və məhkəmə xərcləri və digər xərclər üçün 4 min avro ödəməli olduğu haqqında qərar qəbul edib.

Ana səhifəXəbərlərHökumət Avropa Məhkəməsində 14 min avro cərimələndi