Hindlilər COVİD-19 ilə mübarizə aparmaq üçün falçı arayışındadır

Hind münəccimləri, falçılar, numerololar və tarot kartları oxuyanların ildə yüz milyonlarla dollar gəlir əldə etdiyi təxmin edilir.

Source: Foto: Turan İA


İnsanlar sağ qalacaqları və maddi imkanları ilə bağlı suallar verirlər

Koronavirus pandemiyasının getdikcə ağırlaşdığı dövrdə Hindistanda insanlar gələcəklərindən əmin olmaq məqsədiylə astroloqlara, falçılara üz tuturlar, – “Reuters” xəbər verir.

“Hal-hazırda insanlar həqiqətən gələcəklərindən narahatdırlar”,- mistik müalicə ilə məşğul olan astroloq Sanjay Sharma “Reuters”ə bildirib.

“Onlar necə sağ qalacaqlar? İşləri olacaqmı, yoxsa yox?” Sharma insanların bu suallarla maraqlandığını deyib.

Koronavirusda yoluxanların sayı 3,3 milyonu keçmiş Hindistanda əhali astroloqlara, tarot kartı və ovuc oxuyanlara axın edirlər. İnsanlar mövcud sağlamlıq, maddi və mental problemlərə həll tapmağa çalışırlar. Hindistanda indiyədək 60 mindən çox insan pandemiya səbəbindən vəfat edib.

“Ağlımız həqiqətən narahat olanda və narahatlığımız artanda bura gəlirik”, – 52 yaşlı Anju Devi deyib və əlavə edib ki, o, oğlunun azalan işi və qızının evliliyi ilə bağlı suallara cavab tapmağa çalışır.

“Depressiyada olanlar və dərman qəbul edənlər buraya gəldikdən sonra özlərini yaxşı hiss edirlər və olduqları vəziyyətdən çıxa bilirlər”.

Hind münəccimləri, falçılar, numerololar və tarot kartları oxuyanların ildə yüz milyonlarla dollar gəlir əldə etdiyi təxmin edilir. Bir sessiyanın qiyməti 100 rupi ($ 1.50) arasında dəyişir. Tanınmış ruhani bələdçi ilə uzun bir görüş isə bir neçə min rupi dəyərindədir.

Tanınmış astroloq və siyasətçilərin, Bollivud ulduzlarının və peşəkar kriketçilərin mənəvi məsləhətçisi Ajay Bhambi COVID-19 pandemiyasından sonra işinin 40 faiz artdığını deyib.

Hindistan televiziya şəbəkələrində müntəzəm olaraq danışan Bhambi ümidin canlı saxlanılmalı olduğunu deyir.

O, Hindistanın COVID-19 böhranının mart ayından etibarən əhəmiyyətli dərəcədə yaxşılaşacağını proqnozlaşdırmışdı.

Ölkədə hər mistik müştərilərlə dolu deyil. Məsələn, hipnoterapiya ilə məşğul olan Kripajyoti Nisha Singla tələb olmadığı üçün görüşləri ləğv etdiyini deyib.

“Aldığım enerji o idi ki, insanlar pula qənaət edir”,- Singla deyib. “Hər kəs maddi baxımından, necə sağ qalacaqları haqqında çox narahatdır”.

Ana səhifəDünyaHindlilər COVİD-19 ilə mübarizə aparmaq üçün falçı arayışındadır