Hindistan 50 il sonra ilk dəfə Pakistana qarşı hava əməliyyatı keçirib

Hər iki tərəf insidentlə bağlı fərqli fikirlər söyləyir

Source: AP

Hindistan hökuməti ölkənin hava qüvvələrini səfərbər edib Pakistan sərhədini keçərək, “terror kamplarına” hava əməliyyatı təşkil etdiyini açıqlayıb, – BBC xəbər verir.

Pakistan fevralın 26-da bəyan edib ki, Hindistan onun ərazisində militanları vurduqdan sonra, o da "öz seçdiyi zaman və yerə" görə cavab verəcək.

Hindistan çox sayda militan öldürüldüyünü söyləsə də, Pakistan bu iddianı "ağılsızlıq" adlandırıb.

Nüvə silahlı iki qonşu dövlət arasında gərginlik Kəşmirdə Hindistan hərbçilərinə hücumdan sonra yüksəlib.

Hücumu Pakistanda yerləşən Jaish-e-Mohammad (JeM) adlı qrup üstlənib. Hindistan isə qarşı tərəfə cavab verəcəyini bildirib.

Hindistan Pakistanı öz ərazisində militanların fəaliyyətinə şərait yaratmaqda ittiham edir. Pakistan isə bu ittihamları rədd edir.

Həm Pakistan, həm də Hindistan müsəlmanların çoxluqda yaşadığı Kəşmirə iddia edir, ancaq bu ərazinin bəzi hissələrinə nəzarət edə bilirlər. İki ölkə 1947-ci ildə Britaniyadan ayrılıb, müstəqillik əldə etdikdən sonra üç müharibə aparıblar və bəzi münaqişələr yaşayıblar. Bu müharibələrdən biri Kəşmirlə əlaqəlidir.

Hindistan 1971-ci ildən bu yana ilk dəfədir ki, Pakistanın hava sahəsinə girərək, belə bir əməliyyat həyata keçirir.

Hər iki tərəf insidentlə bağlı fərqli fikirlər söyləyir. Hindistan hökuməti hücumun şimal qərbi Pakistanda yerləşən Balakot ərazisindəki bir düşərgəyə hesablandığını qeyd edir.

Hindistanın xarici işlər naziri Vicay Qokheyl (Vijay Gokhale) deyib ki, çox sayda militan öldürülüb. O, bu əməliyyatı qarşı tərəfdən gələcək olan növbəti hava hücumlarını dayandırmaq üçün önləyici hücum kimi müdafiə edib.

Balakot sakinləri BBC-ə deyiblər ki, onlar partlayış səslərinə oyanıblar. Ölüm və yaralılar haqda heç bir məlumat yoxdur. Pakistan ordusu bu haqda məlumatı rədd edib. Rəsmi Pakistan deyib ki, onun təyyarələri hind təyyarələrini geriyə çəkib.

Ana səhifəXəbərlərHindistan 50 il sonra ilk dəfə Pakistana qarşı hava əməliyyatı keçirib