Hilal Məmmədov barəsindəki cinayət işinə baxacaq

O, Ali Məhkəmənin hakimi İnqilab Nəsirova müraciət ünvanlayıb

Source:

O, Ali Məhkəmənin hakimi İnqilab Nəsirova müraciət ünvanlayıb

H.Məmmədov bu cinayət işini “qondarma” adlandırır və məhkəmədən ədalətli qərar gözləmədiyini deyir. Eyni zamanda H.Məmmədov bu cinayət işilə bağlı materiallın hazırlanmasında iştirakçı olan hər kəsi ölkəni və hüquq-mühafizə sistemini  dünyada biabır etməkdə suçlayır. “Baxdığım bir-iki filmdəki səhnələr istisna olmaqla narkotikanın nə olduğunu bilmirəm və buna qarşı barışmaz mövqedəyəm” – deyən H.Məmmədov barəsindəki narkotik maddə saxlamaq ittihamının yalan olduğunu bəyan edir.

Bundan əlavə, bu cinayət işində şahid kimi istifadə edilən şəxsin KQB-MTN agenti və ruhi xəstə olduğu nəzərə çatdırılır. Bu ifadələr əsasında dövlətə xəyanət etmək ittihamının irəli sürülməsini cəfəngiyyat adlandırır. Müəllif hələ məhkəmə istintaqı aparılmadan cinayətkar olması haqda hüquq-mühafizə orqanlarının yaydıqları bəyanatı təqsirsizlik prezumpsiyasının pozulması faktı sayır.

“Sizi vicdanınızın səsini dinləyərək 2×2=4 olduğunu deməklə haqqınıza sahib çıxmağa, bununla da cismən və ruhən azad olmağa çağırıram” – deyə vicdan məhbusu hakimi ədalətli qərar verməyə səsləyir.

“Talışi sədo” qəzetinin redaktoru Hilal Məmmədov 2012-ci ilin iyununda “narkotik maddə saxlamaq” ittihamı ilə həbsə alınıb. Daha sonra ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarılıb. Beynəlxalq  “Amnesty İnternational” hüquq müdafiə təşkilatı H.Məmmədovu “vicdan məhbusu” elan edib. İyunun 12-də Ali Məhkəmədə H.Məmmədovun kassasiya şikayətinə baxılması gözlənilir.

Ana səhifəXəbərlərHilal Məmmədov barəsindəki cinayət işinə baxacaq