Hicran Qasımov azad olundu

O, Cinayət Məcəlləsinin 234.1 və 128 maddələri ilə təqsirləndirilirdi

Source:


O, Cinayət Məcəlləsinin 234.1 və 128 maddələri ilə təqsirləndirilirdi

Fevralın 3-də Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımov məhkəmə zalından azadlığa buraxılıb. Hicran Qasımovun yaxınlarının Facebook səhifəsində yaydıqları məlumata görə, yerli məhkəmənin hökmü ilə AXCP fəalı 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

AXCP Culfa rayon təşkilatı Hicran Qasımovun ötən ilin noyabrın 3-dən yoxa çıxdığını bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Bu olaydan bir neçə gün sonra isə onun Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirildiyi məlum olub.

Ana səhifəXəbərlərHicran Qasımov azad olundu